25 fevral 2015 17:45
Vaqif Sadıqov: Tovuzdakı oyunun danışılmış olmasına dair fakt yoxdur
"Neftçi"nin sabiq baş məşqçisi Vaqif Sadıqov AFFA-nın baş katibi Elxan Məmmədovun bu komandanın illər öncə keçirilmiş "Turan"la matçını danışılmış oyun adlandırmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bunlar hamısı şayiədir. Mən həmişə demişəm ki, harada çalışırsansa, daim öz vicdanına görə cavabdehlik daşıyırsan. Tovuzdakı oyunla bağlı söhbətlər də yalnız danışıqlar səviyyəsindədir və konkret fakt yoxdur. AFFA-nın baş katibi Elxan Məmmədovu başa düşürəm. O da Azərbaycan futbolunun inkişaf etməsini, Premyer Liqada daha yaxşı klubların oynamasını istəyir. Biz hamımız danışılmış oyunlara qarşı mübarizə aparmalıyıq".
