25 fevral 2015 16:00
Vüqar Nadirov: Şaxtyora qarşı yaxşı oynadıq
Azərbaycan yığmasının hücumçusu Vüqar Nadirov Ukraynanın "Şaxtyor" klubuna qarşı keçirdikləri yoxlama oyunundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Fikrimcə, yaxşı oynadıq. Gənclər özlərini yaxşı tərəfdən göstərə bildilər. Baxmayaraq ki, bir neçəsi debüt matçına çıxmışdı. Özümə gəlincə, Robert Prosineçkinin rəhbərliyi altında çox rahatam. Özümü pis tərəfdən göstərmədim. İkinci hissədə Rəşad Sadıqov meydanı tərk edəndə kapitanlıq sarğısını mənə verdi. Ondan sonra kapitanlıq sarğısını kimin daşımalı olduğunu özü yaxşı bilir".
