25 fevral 2015 15:30

Karlos Kardoso: Bu, hakimin qeyri-peşəkarlığıdır

"Neftçi"nin müdafiəçisi Karlos Kardosonun azerisport.az saytına müsahibəsi

- AZAL - "Neftçi" oyunu ilə bağlı nə deyə bilərsiniz?
- AZAL-a qarşı onun meydanında oynamaq çətindir. Çünki ot örtüyünün keyfiyyəti çox aşağıdır. Rəqibin heyətində güclü futbolçular var. Amma buna baxmayaraq, qələbə qazana bildik.

- Komandanız ikinci hissədə niyə müdafiə olunmağa başladı?
- Hücumda top saxlamaq çətin olurdu. Bu üzdən hesabdakı üstünlüyümüzü qorumağa qərar verdik.

- "Neftçi"nin oyun planında problemləri var?
- Çətinliklərimiz olsa da, qalib gələ bildik. Fikrimcə, zaman keçdikcə problemlərimiz daha da azalar.

- Epizodların birində Freddi Mombonqo ilə nəyisə bölüşə bilmirdiniz...
- O, çox sərt oynayırdı. Son oyunda da bizə iki qol vurmuşdu. Bu oyunda onu "bağlamağa" çalışırdım ki, yenə qol vurmasın.

- Oyunun sonlarında hakimlər mübahisə edirdiniz. Orada nə baş vermişdi?
- Hərdən hakimlərin qərarı ilə razılaşmadığım məqamlar olur. Amma burada beşinci hakim məni təhqir etdi. Bu, qeyri-peşəkarlıqdır. Çünki o, həm də məndən balacadır.

- Hakim sizi niyə təhqir etdi ki?
- Hakim bizim lehimizə qərar qəbul etmədi. Mən də bunu onun diqqətinə çatdırdım. Amma referi qayda pozuntusunu qeydə almaq əvəzinə, məni təhqir etdi. Azərbaycanda artıq ilyarımdır çıxış edirəm və bəzi sözləri başa düşürəm.

- Bəlkə siz onu düzgün başa düşməmisiniz?
- Xeyr, düz başa düşdüm. Amma ona cavab verməməyi qərara aldım. Ona uğurlar arzulayıram və ümid edirəm ki, gələcəkdə belə səhvlər buraxmaz.

- Bəs baş hakimlə niyə mübahisə edirdiniz?
- Hərdən bəzi qərarları ilə razılaşmırdım. Amma bu, normaldır.

- Bəlkə o, sizin aqressiv oynamamağınızı tələb edirmiş?
- Mən belə məktəb keçmişəm, ona görə də aqressiv oynayıram. Rusiyada da elə oynayırdım. Məni cəmi bir dəfə meydandan qovublar, o da "Xəzər Lənkəran"la görüşdə olub.

- Hər iki matçın baş hakimi Elvin Əsgərov olub...
- Həmin oyunda problemlər var idi. Bu dəfə isə hakimliklə bağlı problem olmadı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.