25 fevral 2015 14:30
Tərlan Əhmədov Portuqaliya klubunun düşərgəsinə yollandı
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Portuqaliyaya yollanıb. Azerisport.az xəbər verir ki, 43 yaşlı mütəxəssis sözügedən ölkəyə "Pakuş de Ferreyra" klubunun düşərgəsində təcrübə keçmək üçün gedib.
"Təyyarəçilər"in çalışdırıcısı burada altı gün qalacaq.
