25 fevral 2015 13:45

Əfran İsmayılov: Əsas o idi ki, Robert Prosineçkinin bizdən nə istədiyini başa düşdük

Azərbaycan yığmasının yarımmüdafiəçisi Əfran İsmayılovun azerisport.az saytına müsahibəsi

- Ukrayna "Şaxtyor"u ilə oyun barədə nə deyə bilərsiniz?
- Maraqlı oyun alındı. Komandamız qısa müddət idi bir yerdəydi. Amma buna baxmayaraq, ciddi hazırlaşmışdıq. Əsas odur ki, Robert Prosineçkinin bizdən nə istədiyini başa düşdük. Onun tələb etdiyi kimi çıxış etməyə çalışdıq.

- Öz oyununuzdan razı qaldınız?
- Bütövlükdə götürsək, yaxşı oynadığımı demək olar. Elə komandamız da.

- Tez-tez oyunu öz üzərinizə götürməyə çalışırdınız. Bunu baş məşqçi tələb etmişdi?
- Baş məşqçi özü demişdi ki, hücumdakı futbolçular oyunu öz üzərinə götürməkdə sərbəstdirlər. Prosineçki bizdən hücum futbolu tələb edir. Amma müdafiəni unutmamaq şərti ilə.

- Hər hissəyə fərqli heyətlər çıxdı. İkinci hissədə oynayanlar birinci hissədəkilərlə müqayisədə o qədər də effektli çıxış etmədilər və zəif oyun diqqət çəkdi. Razısınız?
- Onları başa düşmək olar. İkinci hissədə oynayanların əksəriyyəti gənclər idi. Buna baxmayaraq, layiqli təsir bağışladıq. Hətta qol vurmaq şanslarımız da var idi.

- İlk dəfə yığmamızın heyətində klub komandasına qarşı oynadınız...
- Maraqlı təcrübə oldu. Rəqibin heyətində keyfiyyətli futbolçular çox idi. Onlara qarşı oynamaq maraqlı idi. "Şaxtyor" Çempionlar Liqasında çıxış edən komandadır. Onlarla oynamaqdan zövq alırsan.

- Yəqin ki, Berti Foqtsun müdafiə futbolundan sonra Prosineçkinin hücum futbolu ürəyinizcədir...
- Əlbəttə. Bu, bizi çox sevindirir. Azərbaycanda topla yaxşı davranan futbolçular az deyil. Xorvatiyalı mütəxəssisin oyun üslubu tam ürəyimizcədir. Ona görə hətta məşqlərimiz də maraqlı və faydalı olur.

- Meydanda kifayət qədər inamlı təsir bağışlayanlardan biri də siz oldunuz. Düşünmürsünüz ki, bununla Malta ilə seçmə mərhələ oyunu üçün əsas heyətdə yer almağı təmin etdiniz?
- Bu haqda danışmaq hələ tezdir. Bizi qarşıda daha bir toplanış gözləyir. Həmin toplanışda da özümüzü göstərməyə çalışmalıyıq. Üstəlik, klubumuzda da sabit oynamaq lazımdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.