25 fevral 2015 00:50
İsmaili: Azərbaycan millisi digər rəqiblərimizlə müqayisədə topa daha yaxşı nəzarət edirdi
Ukraynanın "Şaxtyor" klubunun müdafiəçisi İsmaili Azərbaycan yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında 2:1 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Əlbəttə, ampluamı nəzərə alsaq, daha çox müdafiədə vaxt keçirməliyəm. Amma hücumlara qoşulmağı, komanda yoldaşlarıma kömək etməyi də çox xoşlayıram. Ona görə də Taysonun ötürməsini qola çevirə bildim. Artıq belə kombinasiyalara alışdığımız üçün mənə ötürmə gələcəyini gözləyirdim. Toplanış çərçivəsində keçirdiyimiz dörd matçın hamısı çətin alındı. Amma Azərbaycan yığması topa daha yaxşı nəzarət edirdi və əvvəlki rəqiblərimizlə müqayisədə aqressiv çıxış edirdi. Onlar bizə xeyli çətinlik yaratdılar".
