25 fevral 2015 00:40
"Azərbaycan üzərində layiqli qələbə qazandıq"
Ukraynanın "Şaxtyor" klubunun müdafiəçisi Yaroslav Rakitski Azərbaycan yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında 2:1 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Hesab edirəm ki, biz bu gün rəqibdən daha yaxşı təsir bağışladıq və layiqli qələbə qazandıq. "Şaxtyor" əla toplanış keçirdi. Baxmayaraq ki, qısa sürdü. Əla məşq etdik, dörd yoxlama matçı keçirib, hamısında qalib gəldik".
