25 fevral 2015 00:35
İvan Ordets: Azərbaycan millisi toplanışdakı ən güclü rəqiblərimizdən idi
Ukraynanın "Şaxtyor" klubunun müdafiəçisi İvan Ordets Azərbaycan yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında 2:1 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Toplanış çərçivəsində yaxşı oyunlar keçirdik. Fikrimcə, çempionata hazırlıq baxımından bizdə hər şey yaxşı alındı. Son matçda da yaxşı rəqiblə qarşılaşdıq. Azərbaycan yığmasının heyətində yüksək səviyyəli futbolçular çıxış edir. Onlar topa yaxşı nəzarət edirdilər. Yəqin ki, bu, toplanış çərçivəsində qarşılaşdığımız ən güclü rəqiblərdən biri idi".
