25 fevral 2015 00:30

Elxan Məmmədov: Bu, Ramin Musayevin problemi deyil

AFFA-nın baş katibi Elxan Məmmədovun azerisport.az saytına müsahibəsi

- Yığmamızın Ukrayna "Şaxtyor"u ilə oyunu barədə təəssüratlarınız necədir?
- Bu, Robert Prosineçkinin rəhbərliyi altında ilk matç idi. Yığmamızın güclü rəqiblə qarşılaşmasını istəyirdik. Bir neçə komandayla, əsasən də yığmalarla danışıq aparmışdıq. Prosineçki də rəqibin güclü olmasını tələb edirdi. Şadam ki, "Şaxtyor" kimi rəqiblə qarşılaşdıq. Bu komandanı Avropanın ən güclülərindən saymaq olar. Təəssüf ki, bura tam heyətlə gələ bilməmişdik. Bu üzdən də Prosineçki bütün futbolçuları iş başında görə bilmədi. "Şaxtyor"a da minnətdaram ki, oyuna ciddi yanaşdılar. Bu oyunda gənc oyunçularımızın meydana çıxması da məni sevindirdi.

- Komandada əvvəlki oyunlarla müqayisədə hansısa dəyişiklik hiss etdiniz?
- Əlbəttə, 4-1-4-1 taktikasına keçildiyi dərhal hiss olunurdu. Prosineçki açıqlamalarında dəfələrlə qeyd etmişdi ki, komandası hücum futbolu sərgiləyəcək.

- "Şaxtyor"dan başqa hansı variantlar var idi?
- İordaniya, Yəmən, Moldova və Rumıniya yığmaları ilə qarşılaşa bilərdik. Rumınlar ayın 15-də oynamaq istəyirdilər. Ona görə alınmadı. Qroznı "Terek"i ilə də oynamağımız mümkün idi. Amma şadam ki, məhz "Şaxtyor"la qarşılaşdıq.

- Manatın dəyərinin düşməsi AFFA-nın büdcəsinə təsir etməyəcək?
- Martın 6-da AFFA-nın konfransı keçiriləcək. Həmin konfransda büdcə ilə bağlı hesabat veriləcək və yeni büdcə tərtib olunacaq. Manatın dəyərdən düşməsinin büdcəmizə təsir edəcəyini düşünmürəm. Bizim sabit büdcəmiz var. Onun da böyük əksəriyyəti infrastruktura xərclənir.

- Növbəti mövsümdən hansı yenilikləri gözləyə bilərik?
- Bizim sığorta fondu yaratmaq ideyamız var. Çempionat iştirakçılarının hər biri mövsümün əvvəlində bizə 300 000 manat məbləğində bank zəmanəti təqdim edəcək. Biz bu pulun sığorta fonduna getməsini istəyirik. Toplanan pul da Klublar Komitəsinin icazəsi ilə xərclənəcək.

- Sizə elə gəlmir ki, Klublar Komitəsi Peşəkar Futbol Liqasına əks qurumdur?
- Mən artıq bir neçə dəfə bunun belə olmadığını açıqlamışam. Əgər hansısa klub çempionatı tərk edirsə, bu, PFL-in problemi deyil. Əgər klub rəhbərləri futbolçlarına maaş ödəməkdən imtina edirlərsə, bu, Ramin Musayevin problemi deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.