25 fevral 2015 00:20
Namiq Ələsgərov: Məni ilk olaraq qardaşım təbrik etdi
Azərbaycan yığmasının hücumçusu Namiq Ələsgərov Ukrayna "Şaxtyor"u ilə yoxlama oyunundakı məğlubiyyəti (1:2) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyun televizor vasitəsilə göstərilməsə də, Bakıda oyuna baxıblar. Vurduğum qola görə məni ilk olaraq qardaşım təbrik etdi. Ailə üzvlərim hamısı buna görə çox sevinirdi. Əlbəttə, məğlub olduğumuza görə məyus oldum. Amma qol vurduğum üçün çox şadam".
