24 fevral 2015 21:30
AFFA Rəvanla bağlı araşdırma aparacaq
AFFA "Rəvan"la bağlı araşdırma aparacaq. Azerisport.az saytına açıqlamasında bunu baş katib Elxan Məmmədov deyib:
"AFFA tərəfindən "Rəvan"a idman direktoru təyin edildi, uşaq komandalarına formalar paylanıldı. Amma 14 yaşlılar arasında çempionat zamanı həmin formaların olmadığını gördük. Bizdə məlumat var ki, həmin formalar yuxarı yaş qrupları üzrə komandalara verilib. Bu məsələ ilə bağlı araşdırma aparmağa hazırlaşırıq".
