24 fevral 2015 21:15
Elxan Məmmədov: Premyer Liqada 10-dan artıq klub olacağına inanmıram
AFFA-nın baş katibi Elxan Məmmədov bəyan edib ki, o, Premyer Liqa iştirakçılarının sayının 10-dan artıq olacağına inanmır. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnanmıram ki, komandaların sayı 10-dan çox olsun. Əvvəllər mən azarkeş olanda həmişə özümə sual verirdim ki, niyə bəzi komandalar açıq-aşkar vaxt öldürürlər. Sonradan AFFA-da işləyərkən başa düşdüm ki, bəzi matçlar doğrudan da danışılmışdır. Məsələn, bir neçə il öncə keçirilmiş "Turan" - "Neftçi" oyunu. Azərbaycan çempionatında belə oyunlar olmamalıdır".
