24 fevral 2015 19:00
Tino Peres: Belarusa qalib gələ bilməsək də, rəqibdən daha yaxşı oynadıq
Azərbaycanın futzal üzrə yığma komandasının baş məşqçisi Tino Peres Belarus toplanışını şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Belarusda yaxşı toplanış keçirdik. Yerli komanda ilə iki yoxlama görüşü keçirdik - 1:2, 2:2. Düzdü, həmin oyunlarda qalib gələ bilmədik. Amma hər iki görüşdə rəqibdən daha yaxşı çıxış etdik. Çoxlu qol epizodları yaratsaq da, onlardan maksimum yararlanmağı bacarmadıq. Tezliklə Bakıda daha bir toplanışımız olacaq. Həmin toplanış seçmə mərhələ oyunlarına qədər davam edəcək. Turnirə 100 faiz hazır olmalıyıq".
Qeyd edək ki, martın 18-dən 21-dək Bakıda Avropa çempionatının 4-cü qrupunun oyunları keçiriləcək. Azərbaycan yığması Ukrayna, Belçika və Danimarkaya qarşı mübarizə aparacaq.
