24 fevral 2015 18:15
Karlos Kardoso: Hakim məni təhqir etdi
"Neftçi"nin müdafiəçisi Karlos Kardoso Topaz Premyer Liqasının 3-cü turundan təxirə salınmış AZAL-la oyunda laynsman Nahid Əliyevin onu təhqir etdiyini bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Matçın sonunda o, məni çox ciddi şəkildə təhqir etdi. Mən Azərbaycan söyüşlərini başa düşürəm. Bu, qeyri-peşəkarlıqdır. Amma mən özümü saxlaya bildim və ona cavab qaytarmadım".
