24 fevral 2015 18:00
Elnur Məmmədov: Neftçi həbs olunan azarkeşlərə kömək etməyə çalışır
"Neftçi"nin vitse-prezidenti Elnur Məmmədov Topaz Premyer Liqasının 3-cü turundan təxirə salınmış AZAL-la oyunlarında azarkeşlərin klub rəhbərliyini boykot etməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"la oyundan sonra iki azarkeşimiz həbs olunub. Biz onlara kömək etməyə, problemlərini yoluna qoymağa çalışırıq. Klubumuzun azarkeşlərlə probleminin olduğunu düşünmürəm. Hesab edirəm ki, bu gün keçirilən oyunda da azarkeşlərimiz vardı".
