24 fevral 2015 17:15

Təvəkkül Məmmədov: Bu pula Sumqayıtda oynamaq istəmirəm

"Sumqayıt"ın yarımmüdafiəçisi Təvəkkül Məmmədov Azərbaycana qayıdıb. Azerisport.az xəbər verir ki, bir müddət öncə klubun düşərgəsini icazəsiz tərk etməklə qalmaqala səbəb olan futbolçu saytımıza açıqlamasında son hadisələrə münasibət bildirib:

"Rusiyada olarkən klubun prezidenti Kamran Quliyev mənə və qardaşıma zəng etmişdi. Qardaşımın məsləhəti ilə kluba qayıtmalı oldum. Amma qayıdan kimi mənə bildirdilər ki, klubun düşərgəsini icazəsiz tərk etdiyimə görə bir aylıq maaşım cərimə kimi tutulacaq. Bu cərimə ilə razılaşdım.

Amma sonradan gözləmədiyim qərar çıxardılar. Bildirdilər ki, bundan sonra ayıma 3250 dollar yox, 1000 manat ödəyəcəklər. Mən bu pulla oynamaq istəmirəm. Hələ klubla ilyarımlıq müqaviləm var. Bütün bunları nəzərə alaraq, klubla müqaviləmi vaxtından öncə pozmaq fikrindəyəm. Azad agent statusu almağım üçün məndən 25 dollar tələb etdilər. Mən isə bundan imtina etdim.

Artıq AFFA-ya şikayət etmişək ki, klubumla problemimi yoluna qoysunlar. "Sumqayıt"da oynamaq istəmirəm. Krasnodara qayıtmaq istəyirəm".

Qeyd edək ki, Məmmədov "Sumqayıt"ın düşərgəsini fevralın 13-də tərk etmişdi. Lakin "Sumqayıt" onun bu hərəkətini qanunsuz hesab edərək, klubun düşərgəsinə qayıtmağı tələb etmişdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.