24 fevral 2015 16:45
Aslan Kərimov: Şaxtyor əsas heyətlə oynasa, millimiz uduza bilər
Azərbaycan yığmasının sabiq kapitanı Aslan Kərimov millimizin Ukrayna "Şaxtyor"u ilə yoxlama oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yaxşı və ciddi oyun olacaq. Baxmayaraq ki, yığma komandanın klubla oynaması bir qədər qəribə görünür. Keyfiyyət baxımından rəqib millimizi bir baş üstələyir. Amma Robert Prosineçkinin futbolçuların müsbət və mənfi tərəflərini görmək imkanı olacaq. "Şaxtyor" əsas heyətlə oynasa, yığmamız uduza bilər".
