24 fevral 2015 16:30
Neftçi azarkeşləri AZAL-la oyunda niyə iştirak etmir?
Bu gün Topaz Premyer Liqasının 3-cü turundan təxirə salınmış oyunda AZAL doğma azarkeşləri önündə "Neftçi"ni qəbul edir. Azerisport.az xəbər verir ki, Şüvəlanda baş tutan qarşılaşmada qonaq komanda azarkeş dəstəyindən məhrum olub.
Əldə etdiyimiz məlumata görə, buna səbəb qonaq komandanın azarkeşlərinin klub rəhbərliyindən inciməsidir. Onların "Qarabağ"la oyundan sonra rəqib komandanın azarkeşləri ilə birgə münaqişədə iştirak edən və barələrində cinayət işi açılan fanatların aqibəti ilə maraqlanmaması fanatların ürəyincə olmayıb. Bu üzdən də onlar "Neftçi"nin oyunlarını boykot etməyə qərar veriblər.
