24 fevral 2015 16:15
Kamal Quliyev: Robert Prosineçkidən bu tsikldə heç kim nəticə gözləmir
Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Kamal Quliyev millimizin Ukrayna "Şaxtyor"una qarşı keçirəcəyi yoxlama matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Şaxtyor" bu oyuna ikinci heyətlə də çıxa bilər. Amma buna baxmayaraq, maraqlı oyun olacağını düşünürəm. Komandamızdan həmişə qələbə gözləyirik. Hətta rəqib güclü olsa da. Robert Prosineçkinin yaxşı komanda yaratmaq üçün vaxtı var. Bu seçmə mərhələdə çətin ki, kimsə ondan nəticə gözləsin. Qoy sakitcə komandasını formalaşdırsın".
