24 fevral 2015 15:30
Aslan Kərimov Bayerdə Klaudio Ranyeri ilə birgə təcrübə keçib
Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Aslan Kərimov Almaniyanın "Bayer" klubunda təcrübədə olub. Azerisport.az saytına açıqlamasında o, Leverkuzen təmsilçisinin düşərgəsindəki səfərindən danışıb:
"Mənimlə yanaşı burada məşhur italiyalı mütəxəssis Klaudio Ranyeri də təcrübədə idi. Məşqləri izləyirdik. Məşqdən sonra isə bizə məşq prosesi ilə bağlı bizə məlumat verirdilər. Rocer Şmidtin məşqçilər korpusu bizə böyük hörmətlə yanaşırdı. Çoxlu yeniliklər gördük. "Bayer"in məğlubiyyəti ilə başa çatan iki Bundesliqa oyununu izlədik. Məşqçilərin dediyinə görə, onların son dövrlər bəxti gətirmir".
