24 fevral 2015 14:00
Tərlan Əhmədov: Şaxtyorun millimizə qarşı hansı heyətlə oynaması vacib deyil
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan yığmasının bu gün Ukrayna "Şaxtyor"una qarşı keçirəcəyi yoxlama oyunu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Belə bir zamanda yoxlama oyunu keçirmək üçün rəqib tapmaq asan deyil. Bu oyun Robert Prosineçki üçün çox vacibdir. O, oyunçuları yoxlamağa çalışacaq. Bu mənada Ukrayna klubunun meydana hansı heyətlə çıxmasının önəmi yoxdur. Matçın statusuna baxmayaraq, komandamız qələbə qazanmalıdır. Qoy yeni futbolçular millinin baş məşqçisinə özlərini göstərsinlər".
