24 fevral 2015 13:15
Bir oyunun tarixi dəyişdirildi
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin 24-cü turunda keçiriləcək bir oyunun vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, “İnter” - “Simurq” oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi fevralın 27-də deyil, martın 2-də reallaşacaq.
Buna səbəb “İnter”in futbolçularının müxtəlif yaş qrupları üzrə milli komandaların düşərgəsində olmasıdır.
