24 fevral 2015 12:15
İsrafilovsuz Qranadadan daha bir məğlubiyyət
İspaniya çempionatında 24-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Eddi İsrafilovun komandası - "Qranada" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Levante" ilə qarşılaşıb. Matç "Qranada"nın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Eddinin adı matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Qranada" hazırda 19 xalla 19-cu pillədə qərarlaşıb.
