24 fevral 2015 12:00
Simurq da azarkeşlərinə görə ziyana düşdü
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 23-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
“Simurq” – “Sumqayıt” matçının 90+3-cü dəqiqəsində “Simurq”un azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.
