24 fevral 2015 11:30
Azarkeşləri Qarabağla Neftçini ziyana saldı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 23-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
“Neftçi” – “Qarabağ” matçında “Neftçi” və “Qarabağ” klublarının 4 futbolçusunun sarı vərəqə ilə cəzalanmasına görə hər iki klub 1000 manat cərimə olunub. Oyununun 36-cı dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub. Oyununun 38 və 40-cı dəqiqələrində “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.
