24 fevral 2015 11:00

Elvin Camalov: Şaxtyora qarşı oynamağı çox istəyirəm

Azərbaycan yığmasının və "Qəbələ"nin yarımmüdafiəçisi Elvin Camalov azerisport.az saytına müsahibə verib.

- Yığmanın toplanışı necə keçir?
- Prosineçki və onun məşqçilər korpusu çox təcrübəlidir. Bunu məşqlərdən görmək olur. İlk gündən məşqlərimiz çox yaxşı keçir. Hər kəs özünü ən yaxşı tərəfdən göstərməyə çalışır. Eləcə də mən. Bu toplanış mənim üçün yaxşı şansdır. Özümü maksimum göstərməyə çalışıram.

- Yığma komandada qalmağı düşünürsünüz?
- Əlbəttə. Yığmada oynamaq və bununla fəxr etmək istəyirəm. Ələ düşən şansdan maksimum yararlanmaq lazımdır.

- İlk dəfədir yığmaya dəvət olunmusunuz. Sizi ən çox təəccübləndirən, sevindirən nə oldu?
- Məni burada məyus edən heç nə yoxdur. Əksinə, gördüklərimin hamısı sevindiricidir. Hamımız Azərbaycan yığmasının şərəfini qoruyuruq. Buna görə necə məyus olmaq olar?

- Robert Prosineçkinin diqqətini necə çəkməyi düşünürsünüz?
- Bunu zaman göstərəcək. Mən gəncəm və özümü göstərməyim lazımdır.

- Roman Qriqorçukla Prosineçki arasında nə kimi fərqlər var?
- Hər ikisi çox təcrübəlidir. Onların arasında müqayisə aparmayacağam. Çünki bu, mən tərəfdən düzgün addım olmaz.

- Qazaxıstan "Şaxtyor"u ilə yoxlama matçından nə gözləyirsiniz?
- Bizim üçün hər oyun vacibdir. Bu görüşdə iştirak etməyi çox istərdim. Amma hər şeyə baş məşqçi qərar verəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.