24 fevral 2015 01:10
Rəşad Sadıqov Şaxtyora qarşı oynamayacaq
"Qarabağ"ın kapitanış Rəşad Sadıqov Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycan yığmasının Ukrayna "Şaxtyor"u ilə yoxlama oyununda iştirak etməyəcək. Azerisport.az xəbər verir ki, son məşqlərin birində zədə alan futbolçu buna görə fərdi qaydada hazırlaşır.
Bu üzdən də məşqçilər korpusu onunla risk etmək istəmir. Millinin kapitanı Donetsk təmsilçisi ilə görüşü kənardan izləməli olacaq.
Qeyd edək ki, yığmamızın "Şaxtyor"la oyunu bu gün baş tutacaq.
