24 fevral 2015 15:45
Yığmamız Belarusa uduzdu
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, futbolçularımız Belarusun U-17 komandası ilə qarşılaşıb.
Bakı vaxtı ilə saat 14:00-da başlayan oyun millimiz üçün uğursuz alınıb. Futbolçularımız meydandan 1:2 hesablı məğlubiyyətlə ayrılıblar. Komandamızın yeganə qolunu Pilağa Mehdiyev vurub.
Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar yığmamız meydana qara sarğı ilə çıxıb.
Yoxlama oyunu
24 fevral
Azərbaycan (U-16) - Belarus (U17) - 1:2 (1:2)
