24 fevral 2015 00:10

Əmircanovla Sadiqov sıraya nə zaman dönəcək?

Zədə üzündən “Qəbələ”nin hazırlıqlarında iştirak etməyən Rəşad Sadiqovla Ruslan Əmircanovun problemi ciddi deyil. Bu barədə klub saytına açıqlama verən komandanın həkim-fizioterapevti Rahim Məhərrəmov hər iki futbolçunun tezliklə komandaya qoşulacağını bildirib.

O, qeyd edib ki, fevralın 19-da keçirilən Topaz Premyer Liqasının 23-cü turunun “Xəzər Lənkəran”la matçının 82-ci dəqiqəsində meydana daxil olan, cəmi iki dəqiqə sonra əvəzlənmək zərurəti yaranan Sadiqovun durumu qənaətbəxşdir:

“Rəşadın əzələsi gərilmişdi. Bu da ciddi problem sayılmır. Maksimum bir həftəyə durumu tam düzələcək. Gələn həftədən yarımmüdafiəçi komandanın məşqlərinə qatıla biləcək”.

Mövsümün ilk yarısında aldığı zədədən sonra əməliyyat olunub, komandaya qayıdan Əmircanov 2015-ci ildə yalnız “Bakı” ilə oyunda meydana çıxıb. Məhərrəmov müdafiəçinin də tezliklə meydana qayıdacağını bildirib:

“Ruslan ötən ilin dekabrında Türkiyənin İstanbul şəhərindəki “Acıbadem” Fulya Xəstəxanasında diz meniskindən əməliyyat olunmuşdu. O, komandanın Antalya toplanışına da qatılmışdı. Lakin III dövrənin ilk oyunundan sonra yenidən ağrılar hiss etdi. Bu üzdən onun yenidən Türkiyəyə yollanmasını, əməliyyatı gerçəkləşdirən həkim tərəfindən təkrar müayinə edilməsini məqsədəuyğun saydıq. Artıq Əmircanovun müayinəsinin nəticələri də məlumdur. Onun da durumunda ciddi problem yoxdur. Futbolçu bu həftə ölkəmizə qayıdır. Rəşad kimi Ruslan da gələn həftədən komandanın məşqlərinə qatıla biləcək. Hər iki futbolçu martın 4-də baş tutacaq kubok matçına hazır ola bilər”.

Qeyd edək ki, “Qəbələ” fevralın 28-də Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində “Qarabağ”la səfərdə, martın 4-də Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Simurq”la evdə qarşılaşacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.