23 fevral 2015 21:45
Tərlan Əhmədov: Neftçi ilə oyun bizim üçün çox vacibdir
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 3-cü turundan təxirə salınmış "Neftçi" ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hazırda biz 4-cü yer uğrunda mübarizə aparırıq. Bu oyun bizim üçün çox vacibdir. Əgər yenidən "Neftçi"yə qalib gəlsək, "Simurq"la aradakı xal fərqini birə endirəcəyik. Həmçinin üçüncü yeri tutmaq şansımızı da yaxılaşdırmış olacağıq. Komanda yaxşı motivasiyaya malikdir. Valeri Kutsenkonun zədəsi var. Amma sabah onun xidmətindən yararlana biləcəyimizi düşünürəm".
