23 fevral 2015 19:30
Şahin Diniyev: Coşqun millidə əsas heyət üzvü olsa, fəxr edərəm
Azərbaycanın veteran futbolçusu, AFFA-nın Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev oğlu Coşqunun yığmaya dəvət alması ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Coşqun Diniyev hələ yığma komandanın oyunçusu deyil. O, komandanın əsas heyət üzvü olsa, bununla fəxr edərəm. Amma Coşqunun öz üzərində çalışması lazımdır ki, daimi yığmaya dəvət alsın".
Qeyd edək ki, Coşqun Diniyev hazırda yığmamızın Türkiyədəki təlim-məşq toplanışındadır.
