23 fevral 2015 17:15
Arif Əsədov: AZAL ilə oyun revanş xarakteri daşıyır
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 3-cü turundan təxirə salınmış AZAL-la oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"AZAL-la oyun bizim üçün revanş xarakteri daşıyır. Üç xal üçün oynayacağıq. Təəssüf ki, bu oyuna problemlərlə yanaşırıq. Mirhüseyn Seyidova Rəhman Hacıyev zədəlidir. Denis Silvanın da oynaması sual altındadır. Onun da zədəsi var. Buna baxmayaraq, döyüşkən əhval-ruhiyyədə hazırlaşırıq".
