23 fevral 2015 16:30
Arif Əsədov: Ruslan Qurbanov məndən öncə daha az oynayırdı
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Ruslan Qurbanovun az oynamasına dair millinin baş məşqçisi Robert Prosineçkinin tənqidi fikirlərinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bir neçə gün öncə Xorvatiyanın "Hayduk" klubuna keçən hücumçu ilə bağlı bunları söyləyib:
"Onun hansı oyunu nəzərdə tutduğunu bilmirəm. O, son oyunları zədəli olduğuna görə buraxmalı olmuşdu. Qalan oyunlarda meydana çıxırdı. Düzdür, əsas heyətin daimi üzvlərindən deyildi. Çünki komandamızda rəqabət çox yüksəkdir. Həmin mövqedə bizdə Araz Abdullayevlə Flavinyo da oynayırdı. Buna baxmayaraq, biz Qurbanovdan faydalanmağa çalışırdıq. Mənə qədər o, ümumiyyətlə çox az oynayırdı".
