23 fevral 2015 16:15
Əfran İsmayılov: Ümid edirəm ki, yığmada həmişə belə yaxşı atmosfer olacaq
Azərbaycan yığmasının yarımmüdafiəçisi Əfran İsmayılov Ukrayna "Şaxtyor"u ilə yoxlama oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hamı yığmada oynamaq istəyir. Təxminən kimlərin meydana çıxacağını bilirəm. Kim meydana çıxacaqsa, Robert Prosineçkinin etimadını doğrultmağa çalışacaq. Şadam ki, mənim də belə bir imkanım olacaq. Komandada yaxşı atmosfer var. Ümid edirəm ki, həmişə belə olacaq".
