23 fevral 2015 15:45
Prosineçki: Azərbaycanlı futbolçuların bir neçəsi xaricdə oynaya bilər
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki bəyan edib ki, yetirmələrindən bəziləri xarici klublarda çıxış edə bilər. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bunları söyləyib:
"Mənə elə gəlir ki, ad çəkmək düzgün olmazdı. Amma bir neçə futbolçu xarici klublarda çıxış edə biləcək səviyyədədir. Onlar əksər çempionatlarda öz oyununu sərgiləyə bilər. Belə oyunçular var".
