23 fevral 2015 14:15
Prosineçki: Coşqun Diniyevi atası Məşqçilər Komitəsində çalışdığına görə çağırmamışam
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Coşqun Diniyevə dəvət göndərməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən Coşqunu atası Məşqçilər Komitəsində çalışdığına görə dəvət etməmişəm. Əlbəttə, onu çağırmamağım daha yaxşı olardı. Onda belə suallar da olmazdı (gülür). O, çox istedadlı futbolçudur. Bu tipli oyunçuları sevirəm. Onun oyun üslubu mənə çox yaxındır. Gözəl xarakterə malikdir. Sabah o, ilk dəfə yığma komandada oynamaq şansı qazanacaq".
