23 fevral 2015 13:45
"Şaxtyordan başqa variantlar da var idi"
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki sabah yoxlama oyununda qarşılaşacaqları Ukrayna "Şaxtyor"u barədə danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Şaxtyor" Avropanın ən güclü klublarından biridir. Mümkündür ki, hətta ən güclü onluqda yer alır. "Şaxtyor"la yanaşı, digər variantlarımız da var idi. Onların Almaniya "Bavariya"sı ilə oyununa baxmışam. Almaniya çempionatında qarşısına çıxanı darmadağın edən komanda ilə bərabərə qalmaq asan deyil. Sabah bu komanda ilə oyunda bütün futbolçulara şans verməyə çalışacağam".
