23 fevral 2015 13:15

Robert Prosineçki: Hansı oyunçu canla-başla çalışmasa, yığmaya çağırmayacağam

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki bu gün Antalyada mətbuat konfransı keçirib. Azerisport.az sizi həmin mətbuat konfransından hazırlanmış materialla tanış edir.

- Əla şərait var. Fenomenal oteldir. Üç gündür birgəyik. Məşqlərimiz plan üzrə davam edir.

- Maksim Medvedevi niyə evə göndərdiniz?
- Tibbi müayinədən keçirdik və gördük ki, oynaya bilməyəcək. Ona görə də qərara aldıq ki, evə getməsi yaxşıdır.

- Ötən gün baş tutan məşqdə komanda daha çox topa nəzarət üzərində çalışırdı...
- Əlbəttə, biz daha çox hücum barədə düşünürük. Sabah bizim test xarakterli oyunumuz var. Vacib oyundur. Amma biz daha çox Malta ilə qarşılaşmanı düşünürük. Komandamızın hücum futbolu sərgiləməsini istəyirik.

- Rəşad Sadıqov dünən niyə komanda ilə məşq etmədi?
- Onun kiçik zədəsi var. Sabah oynayıb-oynamaması vacib deyil. O, mənə Malta ilə oyunda lazımdır. Əsas odur ki, hamı Malta ilə qarşılaşmayadək yaxşı forma toplasın.

- Ruslan Abışovu hansı mövqedə görürsünüz?
- Mən onun yığma komandada dayaq yarımmüdafiəçisi kimi çıxış etdiyini görmüşəm. Böyükağa Hacıyev onun sol cinah müdafiəçisi kimi oynamasını təklif edir. Əlbəttə, o, Azərbaycan futbolunu məndən daha yaxşı bilir. Amma Abışov sabah müdafiəçi kimi çıxış edəcək.

- Qara Qarayevlə Ruslan Abışov sizin barənizdə müsbət fikirlər səsləndirib. Onların gözünə girməyi necə bacardınız?
- Bunu eşitmək çox xoşdur. Üç gündür birgəyik. Qısa müddət olsa da, bir-birimizi başa düşməyə çalışırıq. Onlarla həm ayrıca, həm də komanda şəklində danışıqlar aparıram. Mən düzgün və açıq insanam. Həmişə düzünü deməyə çalışıram. Yığmada kimin və nə qədər oynadığı mənə maraqlı deyil. Əsas odur ki, yığmaya dəvət etdiyim futbolçular pik formada olsunlar və mənim onlardan nə istədiyimi bilsinlər. Oyunçuların hamısının özlərinə inanmasını istəyirəm. Azərbaycanın böyük potensialı var. Mən Xorvatiya və ya İtaliya yığmasına qalib gələcəyimizi iddia etmirəm. Amma Bakıya gələn komandalar güclü kollektivə qarşı oynadıqlarını hiss etməlidirlər.

- Oyunçuların düşüncəsində necə dəyişiklik etməyi düşünürsünüz?
- Bu, o qədər də asan deyil. Bu tsikldə vurulan və buraxılan qolların fərqinə baxın - 4-11. Bütün oyunlara baxmışam. Ancaq müdafiə barədə düşünüblər. Əlbəttə, mən oyunçuların mentalitetini dəyişməyi çox istəyirəm. Gözəl futbol sərgiləməyimizi arzulayıram. Futbolçular vətənləri üçün oynadıqlarını başa düşməlidirlər. Əgər hansısa oyunçunun canla-başla çalışmadığını görsəm, o, yığmada olmayacaq.

- Xarici klublarda oynayan futbolçularla söhbət edəcəksiniz?
- Düzünü danışmalıyıq. Mən də, köməkçilərim də ölkə kənarında top qovan oyunçuları izləyir. Dmitri Nazarov əsas heyət üzvü olmasa da, yarım saat meydanda olur. Mahir Şükürov oynayır, Cavid İmamverdiyev meydana mütəmadi çıxmır. Vaqif Cavadov ötən gün 12 dəqiqə oynadı. Futbolçu belə az oynayanda onun hansı formada olmasından danışa bilmərəm. Eddi İsrafilov dünyanın ən güclü liqalarından birində çıxış edir. Amma fakt odur ki, o, heç əksər oyunlarda matçın iştirak ərizəsində də yer almır.

- Oyun təcrübəsi olmayan futbolçuları yığmada görə biləcəyik?
- La Liqa ilə Türkiyə birinci liqasında oynamamaq arasında çox fərq var. Amma çox istərdim ki, bütün legionerlərimiz daimi oyun təcrübəsinə malik olsunlar.

- Anton Krivotçuk barədə nə deyə bilərsiniz?
- Sizə bir sirr açım - Azərbaycan futbolunda problem var. Bu problem də yaxşı sol cinah müdafiəçisinin olmamasıdır. Yanvarda burada olanda U-17-nin məşqlərində oldum. Krivotçuku əsas milliyə ona görə dəvət etdim ki, buradakı atmosferi görsün. İndidən sizə dəqiq deyə bilərəm ki, o, Maltaya qarşı oynamayacaq. Amma bu təcrübədən gələcəkdə də yararlanacağam - gəncləri əsas milliyə dəvət edəcəyəm ki, buradakı atmosferi görsünlər. Çünki istedadlı gənclər az deyil.

- Berti Foqts həmişə Azərbaycanda oyunçu çatışmazlığından danışırdı...
- Mən oturub düşünsəm ki, oyunçu çatışmır, burada çalışmağımın mənası olmaz. Oyunçu az olsa da, var. Axtarmaq lazımdır. Təbii ki, Azərbaycan Premyer Liqası İngiltərə və İtaliya çempionatından zəifdir. Amma keyfiyyətli futbolçular var. Oyunçularda özünəinam hissini geri qaytarmalıyıq.

- Qapıçı xətti ilə bağlı nə deyə bilərsiniz?
- Kamran Ağayevlə bağlı problemimiz var. O, "Kayserispor"a keçsə də, oynamır. Emil Balayev böyük potensiala malik olsa da, "Ayntraxt"da oynamır. Səlahət Ağayev "İnter"də əla oynayır. "Sumqayıt"da çıxış edən Andrey Popoviç də ürəyimcədir, yaxşı formadadır. Kamranın "Kayserispor"da daha çox oynayacağına ümid edirəm.

- Çempionatın ən yaxşı bombardiri Nurlan Novruzova niyə dəvət göndərməməsiniz?
- Mən öncədən də demişdim ki, siz mənim atdığım addımlarla razılaşmaya bilərsiniz. Novruzov nə qədər qol vurub? 10. "Sumqayıt"dakı Qurbanov da 9 qol vurub. Statistik baxımdan siz haqlı ola bilərsiniz. Amma bu, mənim sistemimə daxil deyil.

- Bəs formada olmayan Elvin Məmmədovu niyə dəvət etmisiniz?
- Elvinin təkcə yaşı futbolçu yox, həm də yaxşı insan olduğunu bilirəm. Mənə oyunçunun hansı formada olması ilə yanaşı, həm də onun digər keyfiyyətləri maraqlıdır. Elvin tədricən forma toplayır. Hesab edirəm ki, o, yığmada oynaya bilər.

- Ruslan Qurbanovun Xorvatiya "Hayduk"una keçidini necə qarşıladınız?
- Mənim sözlərimi tənqid hesab etməyin. Amma onun "Neftçi"də niyə əsas heyətdə oynamadığını başa düşmürdüm. O, digərlərindən fərqlənir. "Neftçi"nin son dövrlərdə keçirdiyi bütün oyunlara baxmışam. Azərbaycanlı futbolçuların ən böyük problemi ondadır ki, topla oynamağı çox sevdikləri halda, topsuz oynamağa, boş zonalara açılmağa meylli deyillər. Bunu əksər futbolçulara aid etmək olar. Ruslan isə açılmağı xoşlayan oyunçulardandır. Özünü təklif edən futbolçudur. Ümid edirəm ki, o, "Hayduk"da oynaya biləcək. Xorvatiyanın ən böyük klublarındandır. Onun əsas heyətə düşəcəyinə inanıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.