23 fevral 2015 12:30
Robert Prosineçki: Rəşad Sadıqovun sabah oynaması vacib deyil
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki sabah keçiriləcək Ukrayna "Şaxtyor"u ilə yoxlama oyunu öncəsi bu gün jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis öncə Rəşad Sadıqovun sabahkı oyunda iştirakına toxunub:
"Onun kiçik zədəsi var. Onun oynayıb-oynamaması elə də vacib deyil. Rəşad mənə Malta ilə oyunda lazımdır. Təkcə o yox, bütövlükdə, hamının Malta ilə oyuna hazır olması lazımdır".
"Mən düzgün və açıq insanam. Həmişə doğrunu deyirəm. Mənim üçün yığmada kimin və nə qədər oynamasının fərqi yoxdur. Mənə ən çox o lazımdır ki, ixtiyarımda olan futbolçular pik formada olsunlar və mənim onlardan nə istədiyimi başa düşsünlər".
