23 fevral 2015 12:15
Erat izlədi, komandası məğlub oldu
Almaniya 2-ci Bundesliqasında 22-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - Düsseldorf "Fortuna"sı da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Nurnberq"lə qarşlaşıb. Görüş ev sahiblərinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Erat matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Fortuna" hazırda 32 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
