23 fevral 2015 11:30
Şaxtyor Azərbaycanla oyun öncəsi daha bir qələbə qazandı
Ukraynanın "Şaxtyor" klubu Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Donetsk təmsilçisi Minsk "Dinamo"su ilə qarşılaşıb.
Oyun Belarus klubunun 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Qolları Adriano və Kosta vurub.
"Şaxtyor" oyunda bu heyətlə çıxış edib: Sarnavski (Kanibolotski, 46), Dentinyo (İvanisenya, 67), Krivtsov (Kuçer, 46), Ordets (Volovik, 46), İsmaili (Şevçuk, 46), Stepanenko (Rakitski, 46), Fred (Fernando, 46), Vellinqton (Zaqorulko, 67), Teyşeyra (к) Marlos, 46), Tayson (Kosta, 46), Qladki (Adriano, 46).
Qeyd edək ki, Azərbaycan yığması sabah "Şaxtyor"la yoxlama oyunu keçirəcək.
