23 fevral 2015 11:00

Böyükağa Hacıyev: Robert Prosineçki millidə mentaliteti dəyişməlidir

AFFA-nın Məşqçilər Şurasının üzvü Böyükağa Hacıyev Azərbaycan yığmasının Türkiyədəki təlim-məşq toplanışını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Robert Prosineçkinin işi xoşuma gəlir. O, Berti Foqtsdan tamamilə fərqlənir. Özünüz baxın - məşqin böyük hissəsi toplu çalışmalara həsr olunur. Hansı ki, əvvəllər bunu görmək olmurdu".

Hacıyevin sözlərinə görə, Prosineçki millinin oyun üslubunu dəyişməyə çalışır: "Xorvat mütəxəssis istəyir ki, milli Foqtsun dövründəki kimi oynamasın. Mən almanı nədəsə günahlandırmaq istəmirəm. İstənilən halda o, futbolçu karyerası zamanı müdafiəçi olub. Onun taktikası fiaskoya uğrayan - millimiz böyük hesabla uduzan kimi, istefa verdi".

"Bizim azarkeşlər yığmamızın daha baxımlı, açıq futbolunu izləməyə layiqdirlər. "Neftçi"də çalışdığım günləri yada salın. O, zaman biz Milan "İnter"i ilə də sanki, "Sumqayıt"la oynayırmış kimi mübarizə aparırdıq. Bütün rəqiblərə eyni gözlə baxırdıq. Heç kimdən çəkinmirdik, amma hörmət edirdik. Şəxsən mən yığmamızın da elə olmasını çox istəyirəm".

"Mənə elə gəlir ki, yığmada mentalitet mütləq dəyişməlidir. Müdafiədə oturmağımız yetər. Əminəm ki, Prosineçki öz fəlsəfəsini futbolçulara aşılaya biləcək. Ondan qorxmuram ki. Yaxşı mütəxəssisdir. Amma daha dəqiq danışmaq üçün gərək Ukrayna "Şaxtyor"u ilə oyunu da görək".

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.