23 fevral 2015 01:05
Qara Qarayev: Prosineçkinin oyun fəlsəfəsinə uyğunlaşmağa çalışırıq
Azərbaycan yığmasının yarımmüdafiəçisi Qara Qarayev Türkiyə toplanışından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz Robert Prosineçkinin oyun fəlsəfəsinə uyğunlaşmağa çalışırıq. Amma bunun üçün zamana ehtiyacımız var. Yığmamızda özünəinam hissini geri qaytarmaq lazımdır. Bunun üzərində də çalışırıq".
