23 fevral 2015 00:25
Cavadovlu Boluspor məğlub oldu
Türkiyə PTT 1-ci Liqasında 21-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vaqif Cavadovun komandası - "Boluspor" da növbəti matçına çıxıb.
Həmyerlimizin komandası səfərdə "Adana Dəmirspor"un qonağı olub. Qarşılaşma Bolu təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Vaqif matçın 78-ci dəqiqəsindən etibarən oyuna qoşulub.
Qeyd edək ki, "Boluspor" hazırda 27 xalla 9-cu pillədə qərarlaşıb.
