23 fevral 2015 00:05

Emil Balayev: Yığmamızın çoxlu yaxşı qapıçısı var

Azərbaycan yığmasının və Almaniyanın "Ayntraxt" klubunun qapıçısı Emil Balayevin azerisport.az saytına müsahibəsi

- İstanbuldakı hava şəraitinin pis olması səbəbindən yığmaya ən gec qoşulan siz oldunuz. Artıq hazırlıq prosesinə qoşula bilmisiniz?
- Bəli. Təəssüf ki, məlum səbəblərdən ilk məşqdə iştirak edə bilmədim. Artıq hər şey qaydasındadır. Ukrayna "Şaxtyor"u ilə oyuna hazırlaşırıq.

- "Ayntraxt"dakı işləriniz necə gedir?
- Alman dilini yenicə öyrənməyə başlamışam. İngilis dilini bilsəm də, asan deyil. Hələlik, hamıyla ingiliscə danışıram, amma yerli dili də öyrənmək lazımdır.

- Alman dilini öyrənsəniz, Robert Prosineçkiylə də ünsiyyət qurmaqda çətinlik çəkməyəcəksiniz...
- Bəli, bu, təbii ki, bir üstünlükdür. O, çoxlu dil bilir.

- "Ayntraxt"da və yığmada qapıçılarla iş çoxmu fərqlidir?
- Deməzdim ki, çox fərqlənir. Faiq Əzizov (yığmanın qapıçılarla işləyən məşqçisini nəzərdə tutur - red.) çox yaxşı mütəxəssisdir. Onun tələbləri də "Ayntraxt"ın məşqçilərinin tələbləri kimidir. Hamısı eyni səviyyədədir.

- Klubunuzda qapıçılarla rəqabət nə yerdədir?
- Söhbətlər dolaşır ki, Feliks Vidvald mövsümün sonunda gedəcək, Kevin Trappın isə 2019-cu ilədək müqaviləsi var. Mümkündür ki, növbəti mövsümdən əsas qapıçılar Trappla mən olum.

- Bəs yığmada?
- Millinin çoxlu yaxşı qapıçısı var. Rəqabət çox ciddidir. Amma mən çalışacağam ki, milli məşqçilərinin etimadını qazanım və bir nömrə olum.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.