22 fevral 2015 19:45
Budak 90 dəqiqə oynadı, komandası qalib gəldi
Türkiyə PTT 1-ci liqasında 21-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Ufuk Budakın komandası - "Qaziantep BB" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Antalyaspor"la qarşılaşıb. Matç futbolçumuzun klubunun 1:0 hesablı qələbəsi ilə bitib. Ufuk 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Qaziantep BB" hazırda turnir cədvəlində 23 xalla 14-cüdür.
