Erik Ramos: Qarabağla matçın hakimliyindən razı qaldım
"Neftçi"nin yarımmüdafiəçisi Erik Ramosun azerisport.az saytına müsahibəsi
- AZAL-la oyundan nə gözləyirsiniz?
- Bu yaxınlarda onlarla oynamışdıq və uduzmuşduq (1:2). Artıq revanş almaq istəyirik. Xal itirmək olmaz.
- "Qarabağ"la vacib oyunda məğlub oldunuz. Sizcə, məğlubiyyətə nə səbəb oldu?
- Onların qol vurmaq üçün şansları daha çox idi. Layiqli qələbə qazandılar. Məğlubiyyətin dəqiq səbəbini bilmirəm. Yəqin ki, çox top itirməyimiz rol oynadı.
- Komandanızın aparıcı oyunçularından olsanız da, "Qarabağ"a qarşı heç nə ilə yadda qalmadınız...
- Mənim sarı vərəqəm var idi. Ona görə də sakit oynamağa məcbur idim.
- Hakimlikdən razı qaldınız?
- Bəli, şikayətlənəsi heç nə yoxdur.
- Bütövlükdə, oyunu necə qiymətləndirərdiniz?
- Aqil Məmmədova çox sağ ol demək istərdim. Əgər o olmasaydı, daha çox qol buraxardıq.
- Epizodların birində Riçard Almeyda sizə zərbə endirməyə yaxın idi. Orada nə baş vermişdi?
- Xüsusi heç nə baş verməmişdi. Riçard əla oyunçudur. Mən sadəcə, pressinq edirdim. Futbolda belə şeylər olur.
- "Neftçi" üçün çempionluq mübarizəsinin başa çatdığını demək olar?
- Artıq xal fərqi 13-ə yüksəlib və bu, çox böyükdür. Mənə elə gəlir ki, "Qarabağ" 4-5 turdan sonra çempionluğu rəsmiləşdirəcək.
