22 fevral 2015 14:15
Ruslan Qurbanovsuz Hayduk məğlub oldu
Xorvatiya çempionatında 22-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ruslan Qurbanovun komandası - "Hayduk" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Lokomotiv"in qonağı olub. Qarşılaşma Ruslanın komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Qurbanovun adı matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Hayduk" hazırda 32 xalla 4-cü pillədə qərarlaşıb.
