22 fevral 2015 19:30
Mahir Şükürovun komandası Şanlıurfaspora uduzdu
Türkiyə PTT 1-ci liqasında 21-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Şükürovun komandası - "Karşıyaka" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Şanlıurfaspor"la qarşılaşıb. Matç futbolçumuzun klubunun 0:1 hesablı məğlubiyyəti ilə bitib. Mahir bu qarşılaşmanı sarı vərəqə limitini doldurduğuna görə buraxmalı olub.
Qeyd edək ki, "Karşıyaka" hazırda turnir cədvəlində 30 xalla 8-cidir.
