22 fevral 2015 11:55

Vidadi Rzayev: Qarabağ inkişaf edir, digər klublarımız isə yerində sayır

Azərbaycanın veteran futbolçusu Vidadi Rzayevin azerisport.az saytına müsahibəsi

- "Qarabağ" son turda "Neftçi"yə qalib gəlməklə xal fərqini daha da artırdı. Sizə elə gəlmir ki, Premyer Liqada intriqa artıq tamamilə öldü?
- Təəssüf ki, çempionluq uğrunda mübarizədə heç bir intriqa qalmayıb. Ümumiyyətlə, bu mövsüm çempionat çox zəif keçir. Ağdamlılarla rəqabət aparan yoxdur. Çempionata marağı öldürən daha bir məqam 9 klubdan ibarət olmasıdır. Əminəm ki, komandaların özünə də belə mübarizə aparmaq maraqsızdır.

- "Qarabağ"la rəqabət apara bilən niyə yoxdur?
- Çempion inkişaf edir, digər klublar isə yerində sayırlar, hətta geriyə gedirlər.

- Sizcə, mükafatçılar siyahısı necə müəyyənləşəcək?
- "Neftçi" "İnter"lə mübarizə aparmağa çalışır. Böyük ehtimalla digər mükafatçılar məhz bu komandalar olacaq. Bizdə maraqlı və güclü çempionat ancaq 14 klubla keçiriləndə olacaq.

- Sizcə, növbəti mövsümlər də "Qarabağ"ın diqtəsi ilə keçəcək?
- Proqnozlaşdırmaq çətindir. Amma düşünmürəm ki, intriqa yenə mövsümün ortasında ölsün. Ümid edirəm ki, klublarımız bu mövsümdən nəticə çıxaracaqlar.

- Martın 6-da AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək. Həmin iclasda gənc futbolçuların maaşına limit qoyulacaq. Buna münasibətiniz necədir?
- Nə deyəcəyimi bilmirəm. Başa düşmürəm bu nə deməkdir. Həyatımda ilk dəfədir belə şey eşidirəm. Bəs daha artığına layiq olan futbolçuların aqibəti necə olacaq? Niyə onlar layiq olduqlarından az almalıdırlar?

- Deməli, siz Klublar Komitəsinin bu istəyi ilə razı deyilsiniz?
- Bilirsiniz ki, əgər klublar özləri istəsə, bu, olacaq. Amma görək bu ümidləri doğruldacaqmı? Əgər bu qərardan sonra gənclərimiz xaricdə oynamağa daha çox maraq göstərsələr, sayları artsa, o zaman bu qərarı uğurlu saymaq olar.

- Azərbaycan yığmasının Ukrayna "Şaxtyor"u ilə yoxlama oyunundan nə gözləyirsiniz?
- Əgər məşqçilər klub komandası ilə oynamağı istəyirlərsə, yəqin ki, faydalı olacağını düşünürlər. "Şaxtyor"un hansı heyətlə oynayacağı hələ bəlli deyil. Hər halda maraqla gözlənilir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.